Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 75 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 6578 nəfərə çatıb.