Dağlıq Qarabağda mümkün sülhməramlı missiya üçün Bakının razılığı olmalıdır.
Unikal.org xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, beynəlxalq sülhməramlılar mövzusu yeni deyil:
“Bu, münaqişənin nizamlanması prosesinin əsas elementlərindən biri, baza prinsiplərinin tərkib hissəsidir və uzun illər sülh danışıqlarının əsasında olub. Bu barədə ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında deyilir. Bu qərarda Yüksək səviyyəli planlaşdırma qrupuna Dağlıq Qarabağda ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrin yaradılması, strukturunun müəyyənləşdirilməsi və fəaliyyəti üzrə planın hazırlanması tapşırılır”.