İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə monitorinqlərı davam etdirir.
Bu barədə Unikal.org-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin sahibkarlıq subyektlərində keçirdiyi monitorinqlər zamanı ümumilikdə, 79 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.