Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan dinc vətəndaşlarımızın xatirəsini yad ediblər.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, Hamburq şəhərinin mərkəzi küçəsində "Bərdə" sözünün və "Bərdəyə ədalət!" şüarının yazıldığı anım güşəsi təşkil edilib. Terakt qurbanlarının şəkillərinin önünə güllər, oyuncaqlar düzülüb, şamlar yandırılıb.

Guşənin önündən keçən yerli sakinlərə Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətindən, Azərbaycanın beynəlxalq qanunlara uyğun olaraq özünümüdafiə və ərazilərinin işğaldan azad olunması hüquqlarını həyata keçirdiyi barədə məlumat verilib.