Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 1 noyabr və 2 noyabr tarixlərində müvafiq olaraq Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışıqları aparıb.

Unikal.org Rusiya Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hərtərəfli müzakirə edilib.