“Kabil Universitetindəki ölümcül hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, həmçinin Əfqanıstan xalqı və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını diləyirik”.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd olunub.

“Azərbaycanın dəstəyi və həmrəyliyi dost Əfqanıstan ilədir”, - tvitdə bildirilib.