“Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi bu münaqişənin əsas səbəbidir”.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sozlərinə görə, Ermənistanın silahlı qüvvələrinin tərkibində özünü büruzə verən məsələlərdən biri uşaq əsgərlərin olmasıdır: “Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən məktəblərin, hospitalların atəşə tutulması istiqamətində də cinayətkar əməllər yerinə yetirilir. Onlar Azərbaycanın işğal olunumuş ərazilərinin birində uşaq bağçasını hərbi qərargaha çevirib”.