“Bəzən gözləntilərimiz də olur. Ancaq biz cəbhədə qanı, canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik”.

Unikal.org xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın rəşadətli oğulları işğal olunmuş əraziləri addımbaaddım düşməndən azad edirlər: “Əsgərlərimiz döyüş tapşırığı, onların yerləşdiyi ərazilərlə bağlı məlumatların verilməsi onların canı bahasına başa gələ bilər. Vətəndaşlarımızdan xahiş edirik ki, rəsmi mənbələrə istinad etsinlər. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir”.