Ağrı dağının Ermənistandan görünən zirvəsi Azərbaycan- Türkiyə bayraqları ilə işıqlandırılacaq.

Unikal.org xəbər verir ki, bu barədə Ağrının bələdiyyə sədri Savcı Sayan məlumat verib. O, instaqramda fotoşopla hazırlanan fotonu paylaşaraq tezliklə görüntünün real olacağını qeyd edib:

“Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfindən bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “stimul” olar”.