Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Tvitter”dəki səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadəsi ilə bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki, Prezidentin köməkçisi yazıb: “Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib".