“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriya atəşinə tutur. Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycan mülki vətəndaşlarına qarşı yeni hərbi cinayətləri üçün zəmin hazırladıqları açıq-aşkar görünürdü”.

Unikal.org xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.