İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) koronavirusa qarşı nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, monitorinqlər zamanı ümumilikdə 73 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.