“Həm birinci, həm də ikinci Qarabağ savaşında həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Unikal.org xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciət edərkən deyib.

Şuşanın işğaldan azad edildiyini elan edən Prezident şəhidlərin ailələrinə səbir diləyib: “Yaralı soydaşlarımıza şəfa diləyirəm. Biz əsgər və zabitlərimizin canı bahasına torpaqlarımızı azad edirik”.