Rusiyanın sülhməramlıları Ermənistanın Gorus şəhərindən Azərbaycanın Qarabağ bölgəsinə yola düşüb.

Unikal.org xəbər verir ki, məlumatı “Aysor” yayıb. Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.

Xatırladaq ki, Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə Qarabağa yola düşüb.