Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət ki, düşmən tərəfindən də qəbul edildi. Ermənistan işğal edərək qətliamlar həyata keçirdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur qaldı.
Unikal.org-un məlumatına görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop özünün “Twitter” hesabında paylaşıb.
Türkiyə parlamentinin sədri yazıb: “Tarixin faciəvi səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Azərbaycan bayrağı və azan Qarabağda yenidən yüksəldi”.