“ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli - Rusiya, Ermənistan və Azərbaycanın sazişidir”.
Unikal.org-un verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, üçtərəfli bəyanatdır”, - deyə Rusiya Prezidentinin sözçüsü Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransanın iştirak edib-etməməsi ilə bağlı suala cavabında vurğulayıb.