“Təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran Azərbaycan Türkü qardaşlarımızın zəfərini təbrik edirik”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“İmzalanan atəşkəs razılaşmasındakı şərtlərin yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin olunması müddətində də can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”, - deyə nazir vurğulayıb.