Xaricdə yaşayan soydaşlarımız müxtəlif platformalarda dövlətimizə və ordumuza dəstəyi davam etdirir. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün bütün imkanlarını səfərbər edən soydaşlarımız, həm də cəbhəyanı zonada yaşayan, maddi zərər dəymiş sakinlərə də vaxtaşırı kömək edirlər.
Unikal.org xəbər verir ki, növbəti belə bir addım Voronej azərbaycanlıları təfərindən atılıb. “Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyətinin sədri Mehdi Mehdiyev bildirib ki: Burada yaşayan azərbaycanlılar cəbhəyanı ərazilərə yardımlarını davam etdirir. Bizim nümayəndəmiz Tərtər rayonunun Səhləbad kəndində yaşayış evləri müharibədən zərər çəkmiş sakinlərlə görüşüb. Voronejdə yaşayan azərbaycanlıların salamını və köməyini onlara təqdim edib”.
Diasporla İş üzrə Dövlət Komitəsi bu tarixi və şərəfli günlərdə dövlətimizin və xalqımızın yanında olan bütün soydaşlarımıza öz minnətdarlığını bildirir.