İnquşetiya Respublikasının sabiq Prezidenti Ruslan Auşev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi Dağlıq Qarabağ münaqişəsi üzrə sülh razılaşmasının imzalanması münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın çoxmillətli xalqının rifahı naminə qarşınızda duran vəzifələrin həyata keçirilməsində uğurlar, əmin-amanlıq, səadət və rifah arzulayıram".