Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan bütün erməni xalqını satqın adlandırıb.

Unikal.org xəbər verir ki, bu barədə A.Arutyunyan özünün feysbuk səhifəsində canlı yayım zamanı deyib.

"Əgər kimsə satqınlığda ittiham olunmalıdırsa, o zaman bütün erməni xalqını satqınlıqla ittiham etmək olar. "Torpağı kim" satdı? Biz bunu xalqımızla birlikdə etdik, xəyanət etdik. Hamımız bir yerdə etdik", - deyə A.Arutyunyan bildirib.