"Azərbaycanın anında reaksiya verməsi helikopterin vurulması ilə bağlı üzrxahlığı qəbul etməmizə imkan verdi”.
Unikal.org-un verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, həqiqətən fəlakətdir, faciədir, iki hərbçimiz həlak olub, bu, əlbəttə ki, bütün hərbi komandirlərimiz və silahlı qüvvələrdə xidmət edən bütün insanlarımız və bütün vətəndaşlar üçün ağrıdır. Azərbaycanlıların ani reaksiyası, Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və təqsirkarları cəzalandırmağa hazır olduğunu elan etməsi bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi", - deyə Kremlin sözçüsü vurğulayıb.