Milli Məclisin plenar iclaslarının işğaldan azad edilən Şuşa şəhərində keçiriləməsi təklif edilib.

Unikal.org xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov çıxış edib.

O təklif edib ki, müəyyən vaxtda və məqamda parlamentin iclasını Şuşa şəhərində keçirilsin: “Bəzi qanunları və onlara dəyişiklikləri həmin iclaslarda qəbul edək”.