Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer bu ay Rusiyaya səfər edəcək.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

O bildirib ki, danışıqlar zamanı bir sıra regionlarda, o cümlədən Dağlıq Qarabağda baş verənlərlə bağlı fikir mübadiləsi aparılacaq.