Rusiyanın hərbi təyyarələri Dağlıq Qarabağa 1100-dən çox sülhməramlı və 168 texnika çatdırıblar.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzəsində deyib.

"Sutkada Rusiya hərbi-nəqliyyat aviasiyasının 25 təyyarəsi ilə texnika və zəruri materialların daşınmasını davam etdiririk. Üç sutka ərzində 73 təyyarə reysi ilə 1103 hərbçi, 168 texnika çatdırılıb", - deyə Şoyqu bildirib.