Böyük Britaniyanın Baş naziri Boris Conson “SARS-CoV-2” koronavirus testi müsbət nəticələnmiş bir şəxslə təmasda olduğu üçün yenidən özünü təcrid etmək məcburiyyətində qalıb.
Unikal.org xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Siyasətçi noyabrın 12-də bir qrup millət vəkili ilə görüşüb. Sonradan məlum olub ki, deputatlardan birinə - Li Andersona koronavirus diaqnozu qoyulubmuş.
Baş nazir bildirib ki, hazırda özünü yaxşı hiss edir və səhhətində COVID-19-un əlamətləri yoxdur. Conson əlavə edib ki, məsafədən işləməyə davam edəcək.
Qeyd edək ki, Britaniyanın Baş naziri bu ilin mart ayının sonunda koronavirusa yoluxmuşdu.