Fransanın son kraliçası Mariya Antuanettanın ayaqqabıları hərracda 43 min 750 avroya satılıb.
Unikal.org xəbər verir ki, Versal şəhərindəki Osenat Muzey Evindəki Mariya Antuanettaya aid olduğu iddia edilən ipək və keçi dərisindən hazırlanmış dəri dabanlı ağ ayaqqabı hərraca çıxarılıb.
Daban uzunluğu 4.7 sm, uzunluğu 22.5 santimetr olan 36 nömrəsinə uyğun ayaqqabılar 43 min 750 avroya alıcı tapıb.
Ayaqqabının kraliçanın baş qulluqçusu Madam Campanın yaxın dostu Marie-Emilie Leşhevin və Prevoisindəki nəvələri tərəfindən gizlədildiyi ifadə edilib.