Mən Ermənistan Respublikasının daxili siyasi proseslərində iştirak edən bütün qüvvələri və şəxsləri yüksək milli, dövlət şəfqəti və sağlam düşüncə göstərməyə çağırıram.
Unikal.org xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edən Arayik Arutyunyan öz "Facebook" hesabında bildirib.
"Vətəni bu vəziyyətdə erməni dövlətçiliyinin qəbiristanlığına çevrilə biləcək bu cür zərbələrdən uzaq tutun. Hər kəsdən mədəni bir dialoq yolu ilə daxili mübahisələrin müstəsna konstitusiya yolu ilə həll olunmasını gözləyirəm və tələb edirəm"- deyə separatçı lider erməni xalqına müraciətində bildirib.
Həmçinin o, böyük itki verdiklərini bir daha etiraf edib: “Bunu Şuşa yaxınlığından çıxarılan 150 cəsəd də sübut edir. Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır. Uzun və gərgin səyləri ilə mübarizə aparmaq vəzifəmiz var. Əlbətdə, digər mürəkkəb xarici və daxili problemlər var, amma hər şeydən əvvəl məni Vətənin daxili sabitliyini və həmrəyliyini pozan ciddi təhlükələr narahat edir".