Gürcüstanda son sutkada koronavirusa 3 157 yeni yoluxma faktı təsdiqlənib, 3 230 nəfər sağalıb, 30 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 82 835-ə çatıb. Onların 65 291-i sağalıb, 733-ü isə ölüb.
Hazırda karantində 2 735, stasionar nəzarətdə 5 658 nəfər var. Xəstəliyi simptomsuz keçirən 3 315 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.