Baş nazir tərəfindən təslim bəyannaməsini imzalanmasından asılı olmayaraq son 2,5 ildə baş verən hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır.
Unikal.org xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin sabiq “baş naziri” Anuşavan Danielyan "Facebook" hesabında bildirib.
Belə ki, separatçı nazir bütün olanlara görə Nikol Paşinyanı günahlandırıb.
"Bu gün o, istefa verməklə dövlət üzvləri ölkəmiz üçün, dövlətçiliyimiz, xalqımız üçün dağıdıcı olacaq reabilitasiya edilmiş vətəndaş müharibəsinin qarşısını ala bilərlər. Hökümət üzvlərini baş nazirin avantürist açıqlamalarını bölüşmədən, daxili müharibənin qarşısını almaq üçün dərhal istefa verməyə çağırıram", - deyə Danielyan bildirib.