Ermənistanda son sutka ərzində daha 594 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 117 886 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 25 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1788-ə çatıb.

Hazırda 39 779 aktiv koronavirus xəstəsi var.