Ermənistanın baş naziri Nikol Paşinyan yüzlərlə erməni hərbçisinin itkin düşdüyünü etiraf edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə onlayn konfrans zamanı danışıb.

"Müharibənin qarşısını almaq olardı, amma bunun üçün Qarabağın 7 bölgəsini və Şuşa şəhərini Azərbaycana təslim etməliydik. Və biz müharibəni seçdik. Qarabağda itkin düşən yüzlərlə əsgərimiz var. 2400-dən çox itkimiz var.  Qarabağdakı uğursuzluğa görə məsuliyyət mənim üzərimdədir. Amma 30 illik problemi 2 il yarıma həll edə bilməzdik".

Ermənistan baş naziri istefaya getməyə hazırlaşmadığını da əlavə edib.