Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər edib.

Unikal.org xəbər verir ki, bu barədə Şimali Kipr prezidenti Ersin Tatar "Twitter" hesabında paylaşım edib. 

"Lefkoşada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla xalqımızın bayramını qeyd etdik. Cənab prezidentə bizi şərəfləndirdiyi üçün təşəkkür edirəm"- deyə bildirib.