Ermənistanın baş naziri Nikol Paşinyan 10 noybarda imzalanan üçtərəfli bəyanatın bəndlərində dəyişikliklər edilməsinin real olmadığını bildirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bəyanatı çətin vəziyyətdən çıxmaq üçün imzaladığını qeyd edib.

"Sənədin bəndlərində dəyişikliklər edilməsi hərbi situasiyanın dəyişdirilməsi deməkdir. Bu isə indiki şəraitdə qeyri-realdır" - deyə o əlavə edib.