Kanadalı ixtiraçı Ezin Əl-Qaysi koronavirusdan qorunmaq üçün dəbilqə yaradıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dəbilqə başı və sinə hissəsini tamamilə örtür. 

Belə ki, 32 yaşlı ixtiraçı bu dəbilqəylə Toronto küçələrində gəzir, mağazaya gedir, metroya minir.Batareya ilə işləyən cihazın arxa tərəfində xaricdən gələn havanı təmizləyən tənəffüs filtrlı ventilyator var.