Moldovada keçirilən prezident seçkilərində məğlub olan İqor Dodon seçkinin nəticələri ilə bağlı məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, birinci turda heç bir namizəd 50 faiz +1 səs toplaya bilməmişdi. İkinci turu keçirilən seçkilərdə qalib 57.75 faiz səslə qərbyönümlü namizəd Maya Sandu qalib gəlib.
Seçkilərə qədər ölkənin prezidenti olan rusmeyilli namizəd İqor Dodon isə məğlub olub. Hazırda İ.Dodon seçkinin nəticələri ilə bağlı hüquqi prosedurlar başladacağını və məhkəməyə müraciət edəcəklərini bəyan edib.