Ermənistanda müharibə zamanı itkin düşən hərbi qulluqçuların valideynləri müdafiə naziri ilə görüş tələb edir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin binası önünə toplaşan valideynlərlə yanaşı, ərazidə xeyli sayda polis qüvvəsi də mövcuddur.

Müdafiə naziri David Tonoyan və ya baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edən valideynlərdən biri övladından 50 gündür ki, xəbər olmadığını deyib.

"Buna kim cavab verəcək?", - deyə o etiraz edib.