Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə deputatların suallarını cavabladığı iclasa müxalifət qatılmayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu gün keçirilən parlament iclasına yalnız hakim "Mənim addımım" blokunun üzvü olan deputatlar gəlib.
Müxalifət partiyalarını təmsil edən deputatların boykot etdiyi iclasda Nikol Paşinyan Qarabağ məsələsi və imzalanan üçtərəfli bəyanat ətrafında sualları cavablandırıb.