Ermənistan Müdafiə Nazirliyinin rəsmisi bir neçə hərbçinin həbs olunduğunu açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan KİV-ə nazirliyin rəsmisi Vitali Voskanyan məlumat verib.
V.Voskanyanın sözlərinə görə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə zabitlərin bir sıra əməllərində cinayət tərkibi olduğu üzə çıxıb.
İtkin düşən hərbi qulluqçuların və şəxsi heyətdə itkilərin sayının çox olması ilə bağlı də cinayət işi açıldığını vurğulayan V.Voskanyan bütün materiallların Ermənistan İstintaq Komitəsinə göndərildiyini bəyan edib.