Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 94 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 151 516 şübhəli koronavirus testindən keçib, onlardan 3316-nın cavabı pozitiv çıxıb, 2712 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3610 nəfər olub.