Ermənistan prezidenti Armen Sarkisyan ölkə polisi qoşunlarının komandanı Qurgen Dallakyanı vəzifəsindən azad edib.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan liderinin mətbuat xidmətindən bildirilib.

"Polis rəisinin müavini, polis qoşunları komandanı Qurgen Dallakyan vəzifəsindən azad edilsin", - ölkə rəhbərinin saytında yerləşdirilmiş fərmanda bildirilir.

Digər fərmanla bu vəzifəyə Ayk Babayan təyin edilib.