Gürcüstanda parlament seçkilərinin ikinci turu ilə bağlı ölkənin Mərkəzi Seçki Komissiyasına 2,5 milyon dollar vəsait ayrılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 17 majoritar dairə üzrə parlament seçkilərinin ikinci turu 21 noyabrda keçiriləcək. Seçkidə bu dairələrin hər birində ilk turda ən çox səs toplamış 2 namizəd yarışacaq.
Qeyd edək ki, müxalifət birinci turda seçkilərin saxtalaşdırıldığını bəyan edib və ikinci turda iştirak etməyəcəyini bildirib.