Kanadanın Ontario əyalətində baş verən fırtına nəticəsində 100 mindən çox sakin işıqsız qalıb.
Unikal.org xəbər verir ki, bu barədə CTV məlumat yayıb.
Bildirilib ki, sürəti saatda 100 km-ya çatan külək Port Albert və Vindzor şəhərlərinə ciddi ziyan vurub.
Güclü külək yüzlərlə ağacı kökündən çıxarıb, elektrik naqillərini zədələyib, xeyli evin dam hissəsi isə uçub.
Hazırda dəyən zərər qiymətləndirilir.