Rusiyada son sutka ərzində daha 22 410 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 971 014 nəfərə çatıb. Son sutka ərzində 442 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 33 931 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.