Erməni jurnalist baş nazir Nikol Paşinyanla bağlı tənqidi mövqeyinə görə bıçaqlanıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, “Adekvad” müxalif partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalya küçədə iki nəfərin hücumuna məruz qalıb.
Mübahisə zamanı Paşinyanı müdafiə edən şəxslərdən biri K.Ter-Nakalyanı üz və ayaq nahiyəsindən yaralayıb. Jurnalist bildirib ki, ona edilən hücuma görə Nikol Paşinyan məsuliyyət daşıyır.