Gürcüstanda hakim partiya müxalifəti teledebata dəvət edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun icra katibi İrakli Kobaxidze danışıb. O qeyd edib ki, məhz teledebatda müxalifətin spekulyasiya ilə məşğul olduğu və xalqı manipulyasiya etdiyi sübut oluna bilər.
Xatırladaq ki, Gürcüstanda keçirilmiş son parlament seçkilərindən sonra müxalifət seçkilərin saxtalaşdırıldığını bəyan etmişdi. Təkrar seçkilər tələbi ilə kütləvi etirazlar davam edir.