Ermənistan dünyada COVID-19 virusuna görə hər milyon nəfərə düşən ölüm sayına görə 20-ci yerdə qərarlaşıb.

Unikal.org "Worldmeters"ə istinadən xəbər verir ki, pandemiya başlayandan bəri 118 870 nəfərin virusa yoluxduğu Ermənistanda 1811 ölüm faktı qeydə alınıb. 

Müvafiq rəqəmlər hər milyon nəfərə görə 40 086 yoluxma və 611 ölüm təşkil edir ki, bu da dünyada 20-ci ən yüksək göstəricidir.