İranda ötən sutka ərzində 13 352 nəfər koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 788 473 nəfərə çatıb. Virus daşıyıcılarından 5 691 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Sadat Lari əlavə edib ki, ötən sutka ərzində İranda 482 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 42 461 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, İranda indiyədək 570 774 nəfər koronavirusdan sağalıb.