Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.
O qeyd edib ki, əgər yoluxma halları belə davam edərsə, hamı üçün ağır nəticələrə gətirib çıxaracaq.
“Bununla əlaqədar olaraq həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcəklər", - deyə Ərdoğan çıxışında bildirib.