Moskvada son sutka ərzində daha 76 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 8009-a çatıb.

Moskvada ümumilikdə 522 mindən çox insan koronavirusa yoluxub, 377 mindən çox pasiyent xəstəliyə qalib gəlib.