Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Məlumata görə, yeraltı təkanlar Çorumda, Uğurludağ rayonunda yerli vaxtla saat 02:05-də qeydə alınıb. Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.